17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs saxlanıldı

Kriminal

26 İyun 2024 16:46 885


17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da gecə saat 2 radələrində bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Toyuqlu pizza

Araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!