181 din xadiminin fəaliyyətinə xitam verilib - Dini Komitə

saytların hazırlanması

Evə çatdırılma

181 din xadiminin fəaliyyətinə xitam verilib - Dini Komitə

Din

21 İyun 2023 13:42 11042


“Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib". pizza mizza

G. İsmayılov üçüncü vakansiya ilə bağlı sənəd qəbulu başa çatdığını da bildirib.

Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: "Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!