Bu gün Azərbaycan 1-ci divizionun 19-cu turuna yekun vurulub.
“Yeni Sabah” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə-2” doğma meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma 1:1 bərabərliklə başa çatıb. Turun sonuncu digər oyununda isə, “Zirə-2” “Qaradağ Lökbatan”ın qonağı olub. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 47 xalla “MOİK” başçılıq edir. “Sumqayıt-2” 43 xalla ikinci, “Zaqatala” 36 xalla üçüncü yerdə qərarlaşıb. “Keşlə-2” – “Kəpəz” 1:1 “Qaradağ Lökbatan” – “Zirə-2” 1:2 pizza sifarişi
Telegram kanalımız