19 yaşlı təzə gəlin qaynı tərəfindən öldürüldü –   Azərbaycanda dəhşət

saytların hazırlanması

Evə çatdırılma

19 yaşlı təzə gəlin qaynı tərəfindən öldürüldü – Azərbaycanda dəhşət

Kriminal

06 Sentyabr 2019 09:40 2695


Ağsu rayonunda qətl hadisəsi törədilib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində rayonun Qiyaslı kəndində qeydə alınıb.

Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var. Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.  pizza mizza

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!