2 ahıl qadını aldadan dələduz saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

2 ahıl qadını aldadan dələduz saxlanıldı

Kriminal

14 Oktyabr 2024 11:48 993


Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfəri müəyyən edərək saxlayıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı 2 qadın bu barədə polisə müraciət edib. Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ kelçirildiyi məlum olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb. Pepperoni pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!