2 avtobusun hərəkət sxemi dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

2 avtobusun hərəkət sxemi dəyişdirildi

Sosial

06 Fevral 2026 16:59 387


Bakıda 32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Sabahdan bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək. pizza sifarişi

Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!