2 min kişini aldadıb 10 milyon pul qazandılar

saytların hazırlanması

Evə çatdırılma

2 min kişini aldadıb 10 milyon pul qazandılar

Maraqlı

28 İyul 2020 14:07 757


Türkiyədə internetdə gigolo saytları yaradan bir dəstəni ələ keçirmək üçün əməliyyat təşkil edilib. 

Yenisabah.az xəbər verir ki, əməliyyat zamanı çoxlu sayda kompüter ələ keçirilib. Kompüter və digər rəqəmsal məlumatların 30 faizindən çoxu üzərində aparılan araşdırmanın nəticəsində isə aldadılan şəxslər haqqında məlumatlar əldə edilib. Hələlik 2 min zərərçəkənin olduğu müəyyənləşib. Həmçinin şəbəkənin 10 milyon lirədən çox gəlir əldə etdiyi məlum olub. 

Bildirək ki, kişiləri gigio etmək vədilə aldadan dəstə başçısının kompüteri hazırda da yoxlanılır. Məlumata görə, bu sayta üzv olmaq üçün hər şəxsdən 5 min lirə civarında pul tələb olunur. Üzv şəxslər xanımlarla görüşmək istəmədikdə isə üzvlükdən çıxarılmamaq üçün əlavə pul ödəyirlər.  Pepperoni pizza

Qeyd edək ki, Kiber Cinayətlərlə Mübarizə Şöbəsi əməliyyata 30 zərərçəkənin polisə müraciətindən sonra başlayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!