2 narkokuryer həbs olundu, 31 kq marixuana müsadirə edildi

saytların hazırlanması

Evə çatdırılma

2 narkokuryer həbs olundu, 31 kq marixuana müsadirə edildi

Kriminal

02 Noyabr 2024 11:27 773


DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvləri - Ceyhun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar. Pepperoni pizza

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!