Tovuzda bıçaqlanma hadisəsi baş verib.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1985-ci il təvvəllüdlü Tağıyev Tarıyel Sərdar oğlu Qovlar şəhər sakinkəri – 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu və 1990-ci il təvəllüdlü Əsgərov Məmmədli Xəqani oğlu ilə mübahisə edib. pizza sifarişi
Nəticədə T.Tağıyev mübahisə etdiyi hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisədən sonra T.Tağıyev özünə bıçaqla xəsarət yetirib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız