2  nəfəri öldürməkdə ittiham olunan şəxsə ömürlük cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

2 nəfəri öldürməkdə ittiham olunan şəxsə ömürlük cəza verildi

Kriminal

17 İyul 2024 19:23 1068


Xaçmazda 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ağaxanov Ramin Rəhman oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az apa-ya istinadla istinadla xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Ağaxanov Ramin Rəhman oğlu ömürlük azadlıqdan məhrum edilib. Marqarita pizza

Dövlət ittihamçısı Orxan Rüstəmov onun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Ötən il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlayaraq istintaqa təhvil verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!