Türkiyənin Artvin vilayətində fermer 2 tonluq buğasını 60 min lirəyə (14.922 manat) satışa çıxarıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yusufeli qəsəbəsində heyvandarlıqla məşğul olan Abdullah Dayanç buğasını 2 tona çatdırdıqdan sonra satmağa qərar verib. 7 nəfərin köməyi ilə çətinliklə “Ərtuğrul” adlı buğa tövlədən çıxarılaraq yük maşınına mindirilib. Heyvan bazarına aparılan buğa Kənan Küçük tərəfindən 60 min lirəyə alınıb.
Buğanın sahibi Abdullah Dayanç, "Heyvanıma yaxşı qulluq etdim və yaxşı yedirtdim. Heyvana yaxşı baxanda əməyinizin qarşılığını mütləq alırsınız” – deyə qeyd edib. Marqarita pizza
Telegram kanalımız