20 ildir axtarışda olan qatilin polis olduğu üzə çıxdı 

saytların hazırlanması

Evə çatdırılma

20 ildir axtarışda olan qatilin polis olduğu üzə çıxdı 

Kriminal

16 Avqust 2024 17:22 1034


ABŞ-da qətl törədən Antonio "El Diablo" Riano 20 il sonra tapılıb. 

Yenisabah.az lent.az-a istinadən bildirir ki, onun bu müddət ərzində həyatı eşidənləri şoka salıb. 

2004-cü ilin dekabrında Milad bayramı ərəfəsində ABŞ-ın Ohayo ştatının Cincinnati şəhərindəki barda Riano 25 yaşlı kişi ilə mübahisə edib. Onların mübahisəsi ölümlə başa çatıb - Riano rəqibini tapança ilə vurub, sonra isə qaçıb. Adam dərhal ümummilli axtarış siyahısına salınsa da, bir neçə illik aktiv axtarışlar nəticə verməyib və bir müddət "El Diablo" unudulub.  Dördpendirli pizza

Təxminən 20 il sonra bir detektiv sosial şəbəkədə Rianonu tapıb. Rianonun əsl adını dəyişməməsi və ən məşhur saytlardan birində öz fotoşəkillərini yerləşdirməkdən çəkinməməsi istintaqı təəccübləndirib. Onun profilində Meksikanın Oaxaca əyalətində polis məmuru işlədiyi də qeyd olunub. 

ABŞ müstəntiqləri Rianonun Zapotitlan Palmas Polis Departamentində işlədiyini öyrənmək üçün Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıblar. Qarşı tərəf bu məlumatı təsdiqləyib. Danışıqlar zamanı Meksika Rianonu məhkəmə icraçılarına təhvil verib. O, 20 il əvvəl qətldə ittiham olunduğu Ohayo ştatına aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!