20 manata “işə düzəldən“ qadın həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

20 manata “işə düzəldən“ qadın həbs edildi

Kriminal

04 Mart 2019 17:11 827


Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov bu il fevralın 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alındığını bildirib.

DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi əməli etiraf edib. pizza sifarişi

Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul aldığı müəyyən edilib.

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!