20 Yanvar dairəsində hərəkət məhdudlaşdırılır -   Bu tarixədək...

saytların hazırlanması

Evə çatdırılma

20 Yanvar dairəsində hərəkət məhdudlaşdırılır - Bu tarixədək...

Avto

30 Aprel 2020 10:30 2681


Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır.

Bu barədə Yenisabah.az-a AAYDA-dan məlumat verilib.

Bildirilib ki, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva pr-ti – Cavadxan küç. – 3-cü mkrn.dairəsi və ya Tbilisi pr-ti – Ədbdulvahab Salamzadə  – Ceyhun Səlimov küçələri – 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərdlər pizza

"2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!