20 yanvarda sovet qoşunlarını Bakıya kim çağırıb?   - Artur Rasizadədən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

20 yanvarda sovet qoşunlarını Bakıya kim çağırıb? - Artur Rasizadədən açıqlama

Siyasət

20 Yanvar 2022 15:51 2820


Sovet Ordusunun 20 yanvar 1990-cı il tarixində Bakıda törətdiyi qanlı hadisələrin 32-ci ildönümündə xatırlanan məmurlardan biri də Azərbaycanın keçmiş Baş nazir Artur Rasizadədir.

İddialara görə, məhz A.Rasizadə Bakıdakı etirazçılara qarşı qoşun yeritmək barədə Moskvaya gizli teleqram göndərib.

Yenisabah.az xəbər verir ki, A.Rasizadə Modern.az-a müsahibəsində bu iddiaları təkzib edib. Toyuqlu pizza

“Bu barədə iddialardan, yazılanlardan xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?!”.

A.Rasizadə deyib ki, respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Qorbaçova məktub yaza bilməzdi:

“Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır...”.

Sabiq Baş nazirin sözlərinə görə, hər yazılana əhəmiyyət verməyə çalışmır:

“Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.

Xatırladaq ki, A.Rasizadə 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.

Həmin dövrdə Nazirlər Sovetinin sədri vəzifəsində Ayaz Mütəllibov çalışıb.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunda isə Əbdürrəhman Vəzirov işləyib. 

Adları çəkilən hər üç keçmiş məmur müsahibələrində sovet qoşunlarının Bakıya çağrımadıqlarını iddia ediblər.

20 Yanvar hadisələri zamanı Azərbaycan Nazirlər Sovetinin sədri olmuş eks-prezident Ayaz Mütəllibov hələ bir neçə il öncə Modern.az-a müsahibəsində deyib ki, nə özü, nə də Əbdürrəhman Vəzirov 20 yanvarda ordunun Bakıya girəcəyinə inanmayıb.

"Əbdürrəhman Vəzirov məgər bilirdi ki, 20 yanvarda ordu Bakıya girəcək? 16 yanvarda o, vəzifədən uzaqlaşdırılmış, Moskvaya getmişdi".

A.Mütəllibov bildirib ki, həmin dövrdə Azərbaycanın bütün rəhbərləri vəzifələrindən uzaqlaşdırılmışdılar, ölkəni isə Moskvadan gələn Yevgeni Primakovun rəhbərliyi ilə bir qrup şəxs idarə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahir
    Düzgün analizdir.
    4 years ago