20 yaşlı şəxsin bir gecəlik planı başına bəla oldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

20 yaşlı şəxsin bir gecəlik planı başına bəla oldu - VİDEO

Kriminal

01 Aprel 2026 15:45 370


Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.  pizza

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!