200 məcburi köçkün ailəsinə yeni mənzil verildi

saytların hazırlanması

Evə çatdırılma

200 məcburi köçkün ailəsinə yeni mənzil verildi

Sosial

19 Fevral 2019 22:53 759


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu ərazisində tikilib istifadəyə verilmiş yeni yaşayış kompleksindəki mənzillərə məcburi köçkün ailələrin köçürülməsini davam etdirir.  Bu məqsədlə fevralın 19-da Sumqayıt şəhərində  növbəti püşkatma keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Komitəsinin müvafiq komissiyasının təşkil etdiyi püşkatmanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin  və məcburi köçkün icmalarının nümayəndələri, jurnalistlər izləyiblər. Püşkatma vasitəsilə 200 məcburi köçkün ailəsinin hər birinin köçəcəyi bina və mənzilin nömrəsi müəyyənləşdirilib. İndiyədək onlar Sumqayıt şəhəri və Abşeron rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda yaşayıblar.

Tədbirdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda hər cür sosial-texniki infrastrukturu olan 100-dən çox yeni qəsəbə və yaşayış kompleksi onların istifadəsindədir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. Sumqayıt sakinləri ilə bir neçə gün əvvəl keçirdiyi görüşdə dövlətimizin başçısı şəhərdə müvəqqəti məskunlaşmış köçkün ailələri üçün bu il əlavə 2 min mənzildən ibarət yaşayış komplekslərinin salınacağını bildirib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!