“Ermənilərin itkiləri açıqlanan rəqəmlərdən bir neçə dəfə çoxdur. Paşinyan real rəqəmləri açıqlamağa qorxur. Çünki Ermənistanda daxili-siyasi vəziyyət ağırdır. Sosial vəziyyət getdikcə pişləşir. Paşinyan bilir ki, xalq itkinin miqyasını bilsə, onu hakimiyyətdən devirəcək”.
Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Elxan Şahinoğlu bildiirb ki, 2016-cı ilin Aprel döyüşləri ilə müqayisədə Azərbaycan daha uğurlu informasiya savaşı aparır: “O vaxt həm Müdafiə Nazirliyi gecikir, həm də xalq səhvlər edirdi. İnsanlar təcrübəsizlikdən hərbi texnikanın şəklini çəkib sosial şəbəkələrdə yayır, onların hərəkət trayektoriyası barədə məlumatları bölüşürdülər. İndi belə hallara yol verilmir. Müdafiə Nazirliyi də operativdir. Gündə bir neçə dəfə məlumat yayır, xalqı informasiya ilə təmin edir, şayiələrin ayaq açmasına imkan vermir”.
Telegram kanalımız