2020-ci ildə 5 yeni “iPhone” modeli təqdim olunacaq

saytların hazırlanması

Evə çatdırılma

2020-ci ildə 5 yeni “iPhone” modeli təqdim olunacaq

Rəqəmsal

06 Dekabr 2019 13:47 1723


2020-ci ildə "Apple" şirkətinin 5 yeni "iPhone" modeli çıxaracağı iddia olunub.

"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, bu iddianı analist Ming-Çi Kuo səsləndirib.

Onun sözlərinə görə, şirkətin gələn il təqdim edəcəyi ilk telefon modeli “iPhone SE 2” olacaq. Bu telefon ilin ilk yarısında çıxacaq. Pepperoni pizza

İddiaya görə, 2020-ci ildə satışa çıxacaq digər “iPhone” modelləri isə bunlardır:

"iPhone 12" (bu telefon 2 fərqlı ekran ölçüsündə təqdim olunacaq və bu qiymətə təsir edəcək).

iPhone 12 Pro

iPhone 12 Pro Max

Bildirilir ki, adı çəkilən son 4 telefon modelində 5G dəstəyi olacaq. 

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!