2022-ci ilin 5 ən ucuz smartfonu - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

2022-ci ilin 5 ən ucuz smartfonu - SİYAHI

Rəqəmsal

27 Oktyabr 2022 15:53 3301


2022-ci ildə smartfon bazarında baş verən şiddətli rəqabətə baxmayaraq, bir sıra şirkətlər istehlakçıları az büdcəli smartfon məhsulları ilə sevindirməyi bacarıb.

Yenisabah.az “Gizchina” portalına istinadla xəbər verir ki, sonuncu 2022-ci ildə alınması tövsiyə olunan 5 ən yaxşı ucuz smartfonun siyahısı təqdim edib.

Birinci yerə “Samsung Galaxy M13 4G” layiq görülüb. Telefon Full HD+ təsvir ölçülü 6,6 düymlük IPS Infinity-V displey, “Exynos 850” çipset, üçlü kamera və 5000 mAh batareya ilə təchiz edilib. Toyuqlu pizza

İkinci yerdə “Samsung Galaxy M13” dən fərqli olaraq istifadəçilərə 5G dəstəyi təklif edən “Moto G51” gəlir. Telefon ön tərəfdə quraşdırılmış 6,8 düymlük IPS ekran 1080p+ təsvir ölçüsünə malikdir və 120Hz tezliyində işləyir.

Burada əsas kamera 50 MP-dir, üstəlik, ultra geniş bucaqlı 8 MP sensor və əlavə 2 MP sensor var.

Üçüncü yerdə qərarlaşan “Xiaomi Redmi Note 11S” həm də Full HD+ təsvir ölçüsünə və 90 Hz yeniləmə tezliyinə malik 6,43 düymlük AMOLED ekran almış ən yaxşı ucuz smartfonlar sırasındadır. Smartfonun daxilində adi işlərin öhdəsindən asanlıqla gələn “MediaTek Helio G96” prosessoru var. Cihaz, həmçinin, 33 Vt sürətli enerji doldurma ilə təchiz olunub ki, bu da batareyanı təxminən bir saat ərzində 100%-ə doldurmağa imkan verir. Bu, 108 MP çəkim gücü ilə ən ucuz smartfonlardan biridir.

Sonuncu - dördüncü və beşinci yerlərdə isə “Realme Narzo 50 5G” və “Poco M5” 2022-ci ilin ən yaxşı büdcə smartfonları siyahısına daxil olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!