“Dünya gördü ki, Azərbaycanı heç kim yolundan, mövqeyindən döndərə bilməz. Tarixi Zəfəri ilə ədalətin, beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya bəyan edən Azrbaycan postmünaqişə dövründə Moskva, Soçi və Brüssel görüşləri ilə diktə edən tərəf olduğunu, istər Ermənistanın, istəsə də dünya güclərinin reallıqlarla barışmaq məcburiyyətini sübut etdi. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritet məsələ kimi qarşıda dayanır”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O, deyib ki, dövlət başçısı İlham Əliyev hələ Vətən müharibəsinin gedişində qarşı tərəfə sülh təklifini etmişdi. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini gözləyən Ermənistan da düşdüyü çətin vəziyyətdən xəbərdardır. Marqarita pizza
“Ermənistan baş nazirinin Soçi və Brüssel görüşlərində irəli sürülən təkliflərə razılığı artıq çıxış yolunun olmadığını ortaya qoydu. Azərbaycan dövləti sülh təklifinin uzun müddət masa üzərində qalmasının mümkünsüzlüyünü bəyan etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi düşünməyə çağırış etdi. Son görüşlərə diqqət yetirsək müzakirələrdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsinə toxunulmur, artıq yeni siyasi vəziyyət formalaşdığı özünü qabarıq şəkildə göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin göstəriciləridir.”
YAP Xətai rayon təşkilatının sədri 2022-ci ilin “Şuşa ili” elan edilməsindən də böyük qürur hissi ilə bəhs edib: “Dövlət başçısının bir ildə işğaldan azad edilmiş ərazilərə 32 səfərinin 7-si Şuşaya olub. Bu artıq Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızın hər birimiz üçün önəmini açıqlayır. Şuşa bir ildə biri-birindən əhəmiyyətli hadisələrə, tarixi günlərə şahidlik etdi.
Dövlət başçısının bu il Şuşa şəhərinin 270 illiyini nəzərə alaraq və mədəniyyət paytaxtımızın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları daha da qürurlandırdı. “Şuşa İli” bir daha təsdiqləyir ki, 28 il əsarətdə olsa da heç zaman sınmayan, milli kimliyimizi, qürurumuzu qoruyan Şuşamızda əbədi olacağıq. Dünya bir daha bu unikal mədəniyyət paytaxtının Azərbaycana məxsus olmasının şahidinə çevrilir.”
Telegram kanalımız