2025-ci ilin yanvar-aprelində sənaye məhsulu 2,2% azalıb

saytların hazırlanması

Evə çatdırılma

2025-ci ilin yanvar-aprelində sənaye məhsulu 2,2% azalıb

İqtisadiyyat

16 May 2025 15:46 406


Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 21,0 milyard manatlıq sənaye məhsulu istehsal olunub.

Yenisabah.az xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalma deməkdir.

Neft-qaz sektorunda məhsul istehsalı 3,4 faiz azalarkən, qeyri neft-qaz sektorunda 5,3 faiz artım müşahidə olunub. İstehsal olunan sənaye məhsulunun 62,3 faizi mədənçıxarma, 30,6 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı, 0,9 faizi isə su təchizatı və tullantıların emalı sahələrindəndir. Dominos pizza

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalsa da, əmtəəlik qaz hasilatı 1,4 faiz artıb. Emal sektorunda isə bir sıra sahələrdə əhəmiyyətli artımlar qeydə alınıb. Məsələn, ağacın emalı 90,3 faiz, əczaçılıq məhsullarının istehsalı 54,4 faiz, maşın və avadanlıqların istehsalı 26,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,1 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz artıb. Digər tərəfdən, poliqrafiya məhsullarının istehsalı 48,2 faiz, geyim istehsalı isə 42,8 faiz azalma müşahidə olunub.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə istehsal 1,9 faiz artıb. Su təchizatı və tullantıların təmizlənməsi sektorunda isə 3,7 faiz artım qeydə alınıb.

Mayın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 912,5 milyon manatlıq hazır məhsul ehtiyatı mövcuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!