2026-cı ildə gediş-gəliş asanlaşır:   Azərbaycan 5 ölkə ilə danışıqlar aparır

saytların hazırlanması

Evə çatdırılma

2026-cı ildə gediş-gəliş asanlaşır: Azərbaycan 5 ölkə ilə danışıqlar aparır

Rəsmi

26 Dekabr 2025 16:42 1245


 Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın xarici ölkələrlə gediş-gəlişin sadələşdirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

"Yeni Sabah" xəbər verir ki, nazir bildirib ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin asanlaşdırılması məqsədilə qarşılıqlı addımların atılması nəzərdə tutulur və bu istiqamətdə aparılan fəaliyyətlər hazırda təhlil mərhələsindədir. Onun sözlərinə görə, hazırda 5 ölkə ilə bu sahədə danışıqlar və işlər davam etdirilir.

Ceyhun Bayramov qeyd edib ki, 2026-cı ildə Azərbaycan vətəndaşlarının sadələşdirilmiş və ya vizasız gediş-gəliş imkanına malik olduğu ölkələrin sayının artırılması planlaşdırılır. O, vurğulayıb ki, proses qarşılıqlı prinsiplər əsasında həyata keçiriləcək və həm vizasız, həm də sadələşdirilmiş viza rejimlərinin tətbiqi nəzərdə tutulur. Pepperoni pizza

XİN rəhbəri əlavə edib ki, bu istiqamətdə atılan addımlar və əldə ediləcək nəticələr ölkələr arasında əlaqələrin genişlənməsinə və vətəndaşların səyahət imkanlarının artırılmasına xidmət edəcək.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!