2026-cı ildən pensiyalar nə qədər olacaq?

saytların hazırlanması

Evə çatdırılma

2026-cı ildən pensiyalar nə qədər olacaq?

Sosial

30 Avqust 2025 00:57 33033


Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz artıb.

Əməkhaqqının artımı yalnız maaşların nə qədər yüksəldiyini göstərmir. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq artırılır.

Başqa sözlə, əvvəlki ildə maaşlar orta hesabla nə qədər artıbsa, növbəti ildə pensiyaların məbləği də həmin göstərici əsasında artırılır. Dördpendirli pizza

Bəs 2026-cı ildə pensiyalar nə qədər yüksələ bilər?

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, proqnozlaşdırılan göstəricilər və son yeddi ayın nəticələri nəzərə alınmaqla ehtimal olunur ki, 2026-cı il yanvarın 1-dən pensiyalar təxminən 9 faiz indeksləşdiriləcək. Yəni hər 100 manat pensiyaya əlavə olaraq təqribən 9 manat artım tətbiq olunacaq.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Niyaz
    Nə çox artirırlar,bu pulla ailə saxlayasan,özünə baxasan,yoxsa iynə alarsan? Bəs deputatlar özləri üçün niyə görə 10 dəfə artırıldi? Elə millətin də heç olmasa qazın,neftin gəlirindən 2 dəfə artırsın da.
    8 months ago
  • Əliyusif
    Keçən il 15 ?yirdilər- 8% oldu. Bu il 9?yirlər, yəqin gələnilki artım 5% olar
    9 months ago