“205”lə radara düşən sürücü ilə bağlı DYP-dən qərar

saytların hazırlanması

Evə çatdırılma

“205”lə radara düşən sürücü ilə bağlı DYP-dən qərar

Avto

16 May 2021 14:43 3372


Baş Dövlət Yol Polisi İdarəsi Ağsu-Ağdaş yolunda sürücünün 205 km/saat sürətlə radara düşməsi ilə bağlı araşdırma aparıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə lent.az-a idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar zamanı həmin qayda pozuntusunda texniki səhv aşkar edilib: "Qeydə alınan cərimə və sürücünün həmin sürətlə radara düşməsi texniki səhvdir. Təbii ki, o sürətlə avtomobil getməz. Buna görə də sürücüyə tərtib olunan cərimə ləğv olunacaq". pizza sifarişi

Qeyd edək ki, ötən gün Ağsu-Ağdaş yolunda "Kia Sportage" markalı avtomobilin 205 km/saat sürətlə radara düşməsi barədə məlumat vermişdik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!