21 yaşına çatmış şəxslərin odlu silah əldə etmə hüququ olacaq

saytların hazırlanması

Evə çatdırılma

21 yaşına çatmış şəxslərin odlu silah əldə etmə hüququ olacaq

Sosial

23 Yanvar 2025 17:09 226


Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmə hüququ olacaq.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xidməti və mülki silah haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (mülki silah əldə etmək hüququ var. Sezar pizza

Layihəyə əsasən, Azərbaycan Respublikasında 18 yaşına çatmış vətəndaşların odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında 21 yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmə hüququ verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!