210 kq ölmüş inək əti aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

210 kq ölmüş inək əti aşkarlandı

Sağlamlıq

17 İyul 2019 09:14 1262


Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, növbəti belə tədbir iyulun 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Şəmkir rayonunda keçirilib.

Sabirkənd kənd sakini Y.Sadıqovanın yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan yaxın qohumu E.Sadıqova məxsus öldükdən bir müddət sonra kəsilmiş, 210 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

 

 

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!