Topaz Premyer Liqasının XXIII turunun ən yaxşı futbolçusu məlum olub.
“Yeni Sabah” xəbər verir ki, “İnstat Sport” şirkətinin təhlilinə əsasən bu, “Neftçi”nin hücumçusu Baqali Dabodur. Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Baqali Dabo turun ən yaxşı indeksə malik futbolçusudur.
Telegram kanalımız