23 yaşlı Şükranın ölümündə şübhəli məqamlar - Hadisə günü işə getməyibmiş

saytların hazırlanması

Evə çatdırılma

23 yaşlı Şükranın ölümündə şübhəli məqamlar - Hadisə günü işə getməyibmiş

Hadisə

08 Yanvar 2026 01:13 1034


Cəlilabad rayonunun Üçtəpə kəndində bədbəxt hadisə baş verib.

Kənd sakini, 23 yaşlı Şükran İsayevanın yaşadığı evin hamamında meyiti tapılıb. Onun dəm qazından zəhərlənərək öldüyü deyilsə də, mərhumun atası başqa ehtimalların olduğunu bildirir.

"Şükran günortadan sonra işə getmədi və evdə təmizlik edəcəyini bildirdi. Bir müddət sonra Təranə otağa gələrək Şükranın evdə olmadığını dedi. Həmin an onun hamamda ola biləcəyini düşündüm. Hamama 1-2 saniyəyə çatdım. Qapını açan kimi balamı o vəziyyətdə gördüm. Qucaqladım, rəngi ağappaq idi. Nəbzini yoxladım, hiss olunmurdu. Onu yuxarı qaldırdım, sinə masajı etdim, süni nəfəs verdim, amma reaksiya vermədi. Dəm qazından zəhərlənməyib, çünki hamamın pəncərəsi və qapısı açıq idi. Güman edirəm ki, ya ürəyi dayanıb, ya da başgicəllənməsi olub və arxası üstə yıxılıb", - deyə mərhumun atası bildirib. Dördpendirli pizza

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!