235 kiloqram yararsız ət aşkar olunub

saytların hazırlanması

Evə çatdırılma

235 kiloqram yararsız ət aşkar olunub

Rəsmi

10 Aprel 2019 16:20 932


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində Kərimov Ağalar Nurəmməd oğluna məxsus heyvan kəsimi sahəsinə baxış keçirilən zaman 235 kq istehlaka yararsız ət aşkar olunub. 

“Yeni Sabah” xəbər verir ki, ilkin araşdırmalar zamanı ətin orqanoleptik görüntülərinə əsasən istehlaka yararsız olduğu ehtimal edilərək heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında ekspertizaya cəlb edilib.

Aparılan analizlər nəticəsində ətin istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Belə ki, ətin tərkibində Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli, 167 nömrəli qərarı ilə təsdiqlənmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklər” siyahısına daxil edilən təhlükəli bakteriya və göbələk mənşəli xəstəliklərin törədiciləri aşkarlanıb.  pizza sifarişi

Heyvan cəmdəkləri Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonunun məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun olaraq məhv edilib. 

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər. 

Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağırı Mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!