24 yaşlı idmançını öldürən dostuna 17 il həbs verildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

24 yaşlı idmançını öldürən dostuna 17 il həbs verildi - Fotolar

Kriminal

24 Noyabr 2025 19:26 1003


Lənkəran şəhərində 24 yaşlı Elnur Cəfərovu bıçaqlayaraq qətlə yetirən Ruslan Məmizadənin məhkəməsi başa çatıb.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü R.Məmizadəyə hökm oxunub.

Bildirilib ki, hadisə ötən il oktyabrın 17-si axşam saat 10 radələrində şahmat məktəbinin qarşısında baş verib. Sezar pizza

Ruslan Elnurla dostluq edirmiş. Amma sonradan Elnurun onun ailə üzvlərindən birinə mesajlar yazaraq narahat etdiyini düşünüb. Bundan sonra o, Elnurla danışaraq görüş təyin edib. Küçədəki görüş zamanı isə qəfil hücum edərək, çoxsaylı bıçaq xəsarətləri yetirib. Nişanlı olan Elnur aldığı xəsarətlərdən ölüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Ruslanı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!