25-30 yaşa qədər evlənməyənləri gözləyən cəza  – Paylaşımlar rekord qırır   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

25-30 yaşa qədər evlənməyənləri gözləyən cəza – Paylaşımlar rekord qırır + VİDEO

Maraqlı

25 Fevral 2025 14:16 718


Danimarkada 25 və 30 yaşına qədər subay qalan şəxslər üçün qeyri-adi bir ənənə var: dostları onları başdan-ayağa ədviyyatla "bəzəyir".

Yenisabah.az maraqlı, bir o qədər də qeyri-adi olan adəti təqdim edir:

Əgər bir danimarkalı 25 yaşına qədər evlənməyibsə, dostları onu darçınla örtür. 30 yaşına qədər subay qalarsa, bu dəfə "cəza" daha da sərtləşir və istiot səpilir. Maraqlı ənənə "Pebermø" (subay qadın) və "Pebersvend" (subay kişi) adlandırılır və kökləri 16-cı əsrə gedib çıxır. O dövrdə ədviyyat tacirləri çox vaxt evlənmədiyindən, onlara bu ad verilirdi. pizza mizza

Bu gün isə adət zarafat və əyləncə xarakteri daşıyır. Dostlar və ailə üzvləri subay şəxslərə sürprizlər hazırlayır, hətta onları tamamilə ədviyyata bulamaq üçün müxtəlif oyunlar təşkil edirlər. Bəzi hallarda su və ya yapışqan maddələr istifadə edilərək, ədviyyatın bədənə daha çox yapışması təmin edilir. 

Danimarkada evlənmək məsələsinə gülməli yanaşan bu ənənə, xüsusilə sosial şəbəkələrdə geniş yayılıb və hər il minlərlə insan dostlarının ədviyyat içində boğulduğu anları paylaşır.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!