25 milyon manata yaxın sahibkarlıq kreditləri verilib

saytların hazırlanması

Evə çatdırılma

25 milyon manata yaxın sahibkarlıq kreditləri verilib

İqtisadiyyat

09 Aprel 2019 20:31 1273


İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditlərinə zəmanətlərin və subsidiyaların verilməsi ilə bağlı bu günə qədər 13 müvəkkil bankla müvafiq müqavilələr bağlayıb, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən kommersiya banklarını özünün zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq etmək üçün müvafiq tədbirlər həyata keçilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

“Nəticədə, Fondun zəmanəti ilə müvəkkil kredit təşkilatları tərəfindən bu günə qədər 24,7 mln. manat məbləğində sahibkarlıq kreditləri verilib. Bu kreditlər üzrə hesablanmış subsidiyanın məbləği isə 3,7 mln. manata çatıb. pizza sifarişi

Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, onların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını təmin etmək üçün hazırda maliyyə məhsullarının sahibkarların ehtiyaclarına uyğunlaşdırılması istiqamətində müvafiq araşdırmalar və təhlillər aparılır. Yaxın gələcəkdə mexanizmin tətbiqi ilə bağlı görülən işlərin genişləndirilməsi, digər maliyyə məhsulları ilə yanaşı sahibkarların idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumları və ödənişlərinin aparılmasına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!