250-dən çox rus deputatdan Putinə ETİRAZ: “Ukraynaya hücumu pisləyirik”

saytların hazırlanması

Evə çatdırılma

250-dən çox rus deputatdan Putinə ETİRAZ: “Ukraynaya hücumu pisləyirik”

Siyasət

27 Fevral 2022 10:24 1368


Rusiyada bələdiyyə deputatları Ukraynaya qarşı aparılan müharibəni pisləyiblər. 

Yenisabah.az xəbər verir ki, deputatların imzaladığı məktubu “Suspilne” nəşri dərc edib.

"Hörmətli həmvətənlər! Biz xalqın seçdiyi deputatlar, Rusiya ordusunun Ukraynaya hücumunu qeyd-şərtsiz pisləyirik. Bu, görünməmiş vəhşilikdir, ona heç bir bəraət qazandırmaq olmaz. Hücum qərarını Rusiya Prezidenti Vladimir Putin şəxsən verib. Biz əminik ki, Rusiya vətəndaşları ona belə bir mandat verməyiblər ”, - bəyanatda deyilir. pizza mizza

Məktub fevralın 24-ü saat 10:00-dan etibarən imzalanmaq üçün açıqdır. Artıq 252 deputat müharibə əleyhinə olduğunu bəyan edib.

Qeyd olunub ki, Ukraynadakı müharibə fəlakətli nəticələrə gətirib çıxaracaq:

“Çoxlu sayda insan öldürüləcək və şikəst olacaq, bir çox ruslar üçün əziz olan torpaqlar da əziyyət çəkəcək. Ölkəmiz dünya ictimaiyyətinin qınağı, təcrid, qiymət artımı və yoxsulluqla üz-üzədir. Rusiyada yaxşı həyata ümidlər gözümüzün qabağında tükənir. Biz sizi təcavüzdə iştirak etməməyə və onu bəyənməməyə çağırırıq. Xahiş edirik susmayın, müharibəni ancaq kütləvi xalq qınaması dayandıra bilər”./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!