26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başladı

saytların hazırlanması

Evə çatdırılma

26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başladı

İqtisadiyyat

30 May 2019 07:37 1198


Bu gün Bakıda Xəzər regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başlayıb.

"Yeni Sabah" xəbər verir ki, tədbir 2 gün davam edəcək. Konfrans Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsidir.

Builki konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb. Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, "Equinor", "Petronas", "Inpex", "Dentons", "Socar AQS", "Total", "Nobel Upstream" və digər dünyaca məşhur şirkətlər yer alır. Toyuqlu pizza

Tədbir çərçivəsində məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu il deleqatların sayında 30% artım gözlənilir.

Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!