2800 manata iPhone aldı, başına bəla oldu – Bakıda olay

saytların hazırlanması

Evə çatdırılma

2800 manata iPhone aldı, başına bəla oldu – Bakıda olay

Xalqın səsi

29 Aprel 2019 16:18 1586


Bakıda 2800 manata iPhone alan şəxs başını cəncələ salıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat yayıb. O bildirib ki, qarşılaşdığı problemlə bağlı 20 yanvar küçəsi ev 70 mənzil 12 ünvanında yaşayan Çələbiyev Tofiq Fuad oğlu ona müraciət edib.

T. Çələbiyev bildirib ki, 24.04.2019 tarixdə Bakı şəhəri Nəsimi ray. H.Əliyev, 2 mkr 3224-cü məhəllə ünvanında yerləşən İrşad Electronics dükanından İphone XS Max Space Gray 256 gb markalı telefon almaq üçün müraciət edib. O, satıcıya bildirib ki, bu telefonun 2 sim kartlı (dual) versiyası lazımdır. Satıcı da belə təzə telefon olduğunu bildirib və öz dediyinə görə açılmamış qutuda telefonu müştəriyə təqdim edib: “Kartla 2849 AZN ödəyib telefonu aldım və əlavə 20 azn ödəyib yerindəcə telefona qoruyucu üzlük çəkdirdim. Sezar pizza

Satıcıya inandığım və tələsdiyim üçün telefonun heç bir funksiyasını yoxlamadım. Olduğu kimi qutusunda saxlayaraq həmin gün telefona qoruyucu qab aldım telefonu qoruyucu qaba qoyub funksiyalarını yoxlamaq üçün işə saldım. 

İşə saldıqdan sonra gördüm ki, telefon yalnız 1 sim kartı dəstəkləyir. Mənə məlum oldu ki, satıcı məni aldadıb, telefon mənim tələbatımı ödəmir, çünki 1 sim kartlı telefon özümdə var idi.

Gec olduğundan məcbur olub 25.04.2019 tarixdə telefonu götürüb dükana getdim, telefonun mənim tələbatımı ödəyən telefonla dəyişdirilməsini xahiş etdim. Satıcı səhv etdiyini etiraf etdi və telefonumun dəyişdiriləcəyini bildirdi. Lakin şərt qoydu ki, mütləq telefonu texniki servisə aparmalı olduğumu bildirdi ki, servis rəy bildirsin. Dərhal Xocali pr.,ev 42 (Xətai m.s yanı) ünvanında yerləşən servisə getdim. Telefonu servisə təqdim etdim mühəndis müxtəlif üsullarla telefona baxdıqdan sonra telefonda karkasın aşağısında çox çətinliklə görünən rəng qopuğu olduğunu bildirib, telefonu dəyişmənin mümkünsüz olduğunu söylədi və bu barədə rəsmi texniki rəy verdi. Mən telefonda qətiyyən istifadə etmədiyimi və qoruduğumu bildirsəm də o, nöqtə ölçülü rəng qopuğunu əsas gətirdi. 

Mən qərara gəldim ki, ya rəng qopuğunu satıcı və ya servis edib və ya telefon mənə satılmazdan öncə aktiv edilib. 26.04.2019 tarixində imei24.com saytına daxil olaraq telefonun seriya nömrəsi vasitəsi ilə telefonun 23.04.2019 tarixində aktiv edildiyini müəyyən etdim. Məlum oldu ki, mənə təzə adı ilə satılmış telefon öncədən aktiv edilib və mənim istehlakçı hüququm pozulub, məni aldadıblar.

Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız,telefon ya tələbatımı ödəyən təzə telefonla dəyişdirilsin ya da ödədiyim 2849 AZN geri qaytarılsın. Bu barədə dövlət orqanlarına məlumat verilsin, lazım gələrsə telefon dövlət orqanları vasitəsi ilə ekspertizaya göndərilsin, media qurumlarına məlumat verilsin ki, əhali aldadılmasın”.

Məsələ ilə bağlı Eyyub Hüseynov bildirib ki, bu vəziyyətin qarşısını almaq üçün dəfələrlə nazir Şahin Mustafayevə rəsmi müraciətlər olsa da heç bir nəticə yoxdur: “İnsanların istehlakçı hüququnun pozulması bu dükanlarda davam edir və bu "təcrübə" digər şəbəkələrə də sürətlə yayılır. Növbəti şikayəti nəzərinizə çatdırıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!