29-30 aprellə bağlı vacib açıqlama –   iki gün boyunca...

saytların hazırlanması

Evə çatdırılma

29-30 aprellə bağlı vacib açıqlama – iki gün boyunca...

Maraqlı

28 Aprel 2025 15:33 3816


Astroloq Hande Kazanova 2025-ci ilin ən uğurlu iki gününü açıqlayıb: 29 və 30 aprel.

Yenisabah.az xəbər verir ki, onun sözlərinə görə, bu tarixlər Vedik astroloji sistemində "Akshaya Tritiya" olaraq tanınır və bolluq, bərəkət, uzunömürlü başlanğıclar üçün ilin ən əlverişli dövrlərindən sayılır. Kazanova bildirib ki, bu günlərdə yeni işlərə başlamaq, dəyərli investisiyalar etmək, daşınmaz əmlak və qiymətli əşyalar almaq, həmçinin xeyriyyəçilik fəaliyyətləri həyata keçirmək uğurlu nəticələr verə bilər.

Əlavə olaraq, 30 aprel tarixində Venera planetinin Qoç bürcünə keçməsi ilə münasibətlərdə liderlik, təşəbbüskarlıq və cəsarət ön plana çıxacaq. İnsanlar bu dövrdə daha açıq, birbaşa və irəliləyici addımlar ata bilərlər. Lakin Hande Kazanova xəbərdarlıq edir ki, bu enerjili atmosfer fonunda empati qurmaqda və qarşı tərəfin hisslərini anlamaqda müəyyən çətinliklər yaşana bilər. Marqarita pizza

Bütün bu astroloji təsirlər 29 və 30 aprel tarixlərini yeni başlanğıclar etmək, vacib qərarlar vermək və gələcəyə yönəlik addımlar atmaq üçün xüsusilə əlverişli edir. Astroloq hər kəsi bu fürsətdən düzgün istifadə etməyə çağırır.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!