Rusiyanın paytaxtı Moskvada Qırğızıstan əsilli 29 yaşlı Upol Kurmsanova övladını metroda dünyaya gətirib.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, hadisə "Elektrozavod" stansiyasında baş verib.
Hamilə qadının eskalatorun yanında çökdüyünü görən polislər ona yaxınlaşıblar. Dərhal təcili tibbi yardım çağıran polis əməkdaşları doğuşun artıq başladığını görüblər. Pepperoni pizza
İş vaxtı xidmət aparan baş çavuş Alesya Polyakova qadının uşağı dünyaya gətirməsinə kömək edib. Doğuşdan sonra ana və uşağı xəstəxanaya aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.
nbsp;
Telegram kanalımız