3 əcnəbi Azərbaycandan qovuldu

saytların hazırlanması

Evə çatdırılma

3 əcnəbi Azərbaycandan qovuldu

Din

04 İyun 2025 17:28 3209


"Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb".

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Miqrasiya Xidməti (DMX) birgə məlumatında deyilir.

Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında DTX və DMX birgə tədbirlər görüb. Dördpendirli pizza

Nəticədə başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif, 1981-ci il təvəllüdlü Kərim Bux və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin  Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Həmin şəxslər “Dini etiqad azadlığı haqqında” Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilib və ölkə hüdudlarından kənara çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!