3 mindən çox şəxsə aid fərdi məlumatların  yayılmasının qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

3 mindən çox şəxsə aid fərdi məlumatların yayılmasının qarşısı alındı

Rəqəmsal

28 Yanvar 2026 10:02 835


Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox Azərbaycan vətəndaşına aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

ETX fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb. Marqarita pizza

Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!