3 nəfərə sui-qəsd cəhdində ittihamlanan şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

3 nəfərə sui-qəsd cəhdində ittihamlanan şəxsə hökm oxundu

Kriminal

13 Noyabr 2025 12:03 486


Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əbülfəz Səricanova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. pizza hut

Xatırladaq ki, Əbülfəz Səricanov DTX tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

"Yeni Sabah" olaraq əlavə edək ki, Əbülfəz Səricanov konkret olaraq Elçin Alıoğlu, Telman Qasımov və aparıcı Kamran Həsənliyə sui-qəsd törətmək də cəhdlərində ittiham olunurdu.

Məhkəmə prosesləri qapalı keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!