3 oğlan birləşib 18 yaşlı qızı qaçırdı – Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

3 oğlan birləşib 18 yaşlı qızı qaçırdı – Azərbaycanda

Hadisə

18 Oktyabr 2019 11:23 1342


Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb.

“Yeni Sabah” “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində baş verib.

Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. pizza mizza

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən adam oğurluğu) maddəsilə cinayət işi başlanıb, T.Zeynalov, P.Musayev və M.Qasımov şübhəli şəxs qismində saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!