Türkiyə, Bolqarıstan və Rumıniya arasında Qara dəniz sularından üzən minaların təmizlənməsi üçün işçi qrupun yaradılmasını nəzərdə tutan saziş imzalanıb.
Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib.
O bunu Rumıniyanın müdafiə naziri Angel Tulvar və Bolqarıstanın müdafiə naziri Atanas Zapryanovla İstanbulda keçirdiyi birgə mətbuat konfransında deyib: Dominos pizza
“Yaxın əməkdaşlığımızı və koordinasiyamızı yaxşılaşdırmaqla Qara dənizdə mina təhlükəsi ilə daha effektiv mübarizə aparmaq üçün üç ölkə arasında protokol imzalamağa birgə qərar verdik”.
Üç ölkənin təşəbbüsü Qara dənizdə naviqasiya təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlib.
Telegram kanalımız