3 otaqlı evdə partlayış:   Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

3 otaqlı evdə partlayış: Xəsarət alan var

Hadisə

19 İyun 2020 23:14 1332


Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 kvadrat metr sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. pizza sifarişi

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!