3 qəsəbəni birləşdirən yol yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

3 qəsəbəni birləşdirən yol yenidən qurulur

Avto

21 Fevral 2019 22:04 1410


Sabunçu rayonu  Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulur.

“Yeni Sabah” xəbər verir ki,  sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür. Bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınır.   Sezar pizza

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada 5200 kv.m sahədə bərpa olunur. Yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilir. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli  bildirib ki, Bakı şəhərinin iki rayonun Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən yol sözügedən qəsəbələrdə yaşayan vətəndaşların istifad etdiyi əsas yol olduğu üçün yenidən qurulması ehtiyac var idi:

“Yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu təmir-tikinti işləri aparılır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!