3 uşaq atası olan fəhlə ağacdan yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

3 uşaq atası olan fəhlə ağacdan yıxılıb öldü

Hadisə

31 Oktyabr 2019 11:18 1122


Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Yeni Sabah"ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov fərdi təsərrüfatda günəmuzd işçi kimi xurma yığarkən ağacdan yıxılıb. pizza sifarişi

Yaralı ev sahibi tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, N.Osmanov 3 azyaşlı uşaq atasıdır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!