30 milyon insan bu səbəbdən ölə bilər

saytların hazırlanması

Evə çatdırılma

30 milyon insan bu səbəbdən ölə bilər

Sağlamlıq

23 Noyabr 2024 13:43 1823


Avropalı alimlər əsrin sonuna qədər 30 milyon insanın həyatının ciddi təhlükə altında olduğunu bildirib. Ekoloji problemlər, qlobal istiləşmə və bu kimi səbəblərdən insanlar üçün həyatın olduqca çətinləşəcəyi gözlənilir.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin analizlərinə əsasən, 2100-cü ilə qədər şirin su ehtiyatlarının kəskin sürətdə azalması quraqlığa gətirib çıxaracaq və bu təsərrüfat işlərinə ciddi zərbə vuracaq. Digər bir səbəb isə zavodların və avtomobillərin havaya buraxdığı karbon qazı ilə bağlıdır. 

Sözügedən dəyişikliklərə həssas yanaşan, orqanizmi susuzluq və çirkli hava şəraitinə öyrəşə bilməyən 30-50 milyon insanın bu zaman zərfində həyatını itirməsi ehtimalı var. Dəhşətli proqnozla bağlı bir çox elm adamları həyəcan siqnalı verir. pizza sifarişi

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!