“30 qəpik bəsdir də, özbaşınasan qiymət artırırsan?” -   Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“30 qəpik bəsdir də, özbaşınasan qiymət artırırsan?” - Etiraz

Sosial

01 Sentyabr 2022 08:44 10724


“Avtobuslarda gedişhaqları qətiyyən artırılmalı deyil. Hara artıracaqlar? Avtobus taksidir məgər? 30 qəpik bəsdir də... Avtobus şirkətləri avtobusları satışa çıxarırsa, çıxarsın, başqasını alıb işlədərlər. Sahibkarlar üç-dörd avtobus marşrutu ilə monopoliya yaradıb qiyməti artırırlar. Özbaşınasan qiymət artırırsan?”

Bu sözləri Pravda.az-a Milli Məclisi deputatı Aqil Abbas avtobuslarda gedişhaqlarının artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Avtobusa minmirəm, şəxsi avtomobilim var. Amma bacım, qardaşım, camaat, xalq avtobusda gəzir axı. Bir adam iş yerinə gəlmək üçün bəzən şəhərin içində üç avtobus dəyişir. Hərəsinə 30 qəpik hesablayanda, 90 qəpik edir. Bu adam işə gəlməlidir, ya yox? Bu, gündə 2 manat elə yolpuluna verir. Ayda iş günlərini hesablayanda 40-45 manata gəlib çıxır. İndi gedişhaqqını qaldırsınlar 50 qəpiyə, eləsin aya 100 manat. Camaat maaşını alıb avtobusa versin? Qətiyyən razı deyiləm”, - deputat bildirib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!