Şirkət yüksək maaşları və idxal olunan hissələrə ucabatından istehsalı ABŞ-yə köçürsə, "Apple Inc" smartfonlarının qiyməti 90% və ya daha çox arta bilər.
Yenisabah.az xəbər verir ki, bu, "Bank of America" analitiklərinin rəyidir.
Mütəxəssislər qeyd ediblər ki, "Apple" smartfonları ABŞ-də yığılsa belə, iPhone-da istifadə olunan hissələrin əhəmiyyətli bir hissəsi yenə də Çindən gətiriləcək. Müvafiq olaraq, idxala daha yüksək rüsumlar tətbiq olunacaq. Dominos pizza
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara rüsumları dərhal 125%-ə qaldırdığını açıqlayıb. Çin buna cavab olaraq bütün Amerika idxalına 84% rüsum tətbiq edib.
Şirkət Çində smartfonların 90%-ini istehsal edir. "Apple"-ın bəzi məhsulları Vyetnam və Hindistanda istehsal olunur və bu, şirkətə manevr imkanı verir.
Narahatlığa baxmayaraq, Apple səhmləri çərşənbə günü 15,3% bahalaşıb ki, bu da 1998-ci ildən bəri ən böyük gəliri olub. Eyni zamanda, ötən həftə şirkətin kapitallaşması 11% azalıb. Cümə axşamı ilkin ticarətdə kotirovkalar 3,3% ucuzlaşıb.
Telegram kanalımız