32 hərbçini geri alan İrəvan sülhdən yayınır?

saytların hazırlanması

Evə çatdırılma

32 hərbçini geri alan İrəvan sülhdən yayınır?

Siyasət

22 Dekabr 2023 17:08 753


“32 hərbçinin geri qaytarılmasından sonra Ermənistanın status-kvonu hazırkı formada saxlamaq istəməsini söyləmək bir az çətin məsələdir. Çünki müharibə qurtardıqdan sonra əsir və məhbuslar “hamının-hamıya” prinsipi üzrə dəyişdirilir və bu məsələ beynəlxalq hüququn normalarından biri kimi qəbul edilir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, dekabrın 13-də Ermənistana qaytarılan 32 hərbi əsirdən sonra İrəvanın sülh müqaviləsinin imzalanması istiqamətində addım atmaqda maraqlı olmaması ilə bağlı bir sıra analitiklərin fikirlərinə münasibət bildirib. pizza

Q. Hüseynli isə İrəvanın sülhdən qaçmadığını dilə gətirib. Eyni zamanda, o əlavə edib ki, Ermənistan yenə də silahlanmaqda davam edir:

“Ermənistanın sülh istəməməsinə gəldikdə, bu gün İrəvan sürətlə silahlanmaya meyillidir və revanşizm duyğuları cəmiyyətin bir sıra təbəqələrini bürüyüb. Lakin inanmıram ki, Ermənistan sülh müqaviləsindən imtina etsin. Çünki yekun sülh müqaviləsinin bağlanması Ermənistana, daha doğrusu, baş nazir Nikol Paşinyana daha çox lazımdır”.

Analitikin qənaətinə görə, sülh müqaviləsi imzalanandan sonra Paşinyanın erməni cəmiyyətindəki reytinqi daha da yüksələ bilər:

“Baş nazir ona qarşı həyata keçirilməsi nəzərdə tutulan bəzi sui-qəsdlərin və nüfuzdansalma kampaniyalarını məhz bununla durdura bilər. Sülh müqaviləsi istiqamətində həm Qərb dövlətləri, həm Türkiyə, həm də müəyyən qədər Gürcüstan səylər göstərir. Yəni Ermənistan istəsə də, bu məsələdən yayına bilməz. Çünki sülh müqaviləsinin imzalanmasında maraqlı olan xeyli dövlət var ki, onlar üçün Cənubi Qafqazda sülhün və sabitliyin olması əsas şərtdir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!